229
az
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən
artıq təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Mühərriki yanacaqla dolduraraq
Mühərriki söndürün və, yanacaq çəninin qapağını açana qədər, ona ən azı
2 dəqiqə soyumaq imkanı verin.
Yanacaq çənini açıq havada və ya yaxşı ventilyasiya edilən yerdə doldurun.
Yanacaq çənini yenidən doldurmayın. Yanacağın genişlənməsi üçün yer
qoymaq məqsədi ilə, yanacağı çənin boğazının aşağı hissəsindən yuxarı
doldurmayın.
Yanacağı qığılcımlardan, açıq alovdan, alışma odluğundan və digər alışma
mənbələrindən qoruyun.
Yanacaq borularını, çəni, çənin qapağını və bərkitmə vasitələrini, çatların və ya
sızmaların mövcud olması baxımından, tez-tez yoxlayın. Zərurət olduqda,
zədələnmiş detalları dəyişin.
Yanacağın yerə tökülməsi zamanı, mühərriki işə salmaqdan qabaq, onun
buxarlanmasını gözləyin.
Mühərrikin işə salınması zamanı
Yoxlayın, şam, səsboğan, yanacaq çəninin qapağı və hava süzgəci (əgər
mühərrik beləsi ilə təmin edilmişdirsə) öz yerlərindədirlərmi və bərkidilmişlərmi.
Çıxarılmış şamla mühərriki işə salmayın.
Əgər mühərrik, həddən ziyadə hava-yanacaq qatışığının olması üzündən,
işə düşmürsə, drossel qapağını (əgər mühərrik onunla təchiz olunmuşdursa)
AÇIQDIR/ QOŞULUDUR vəziyyətinə qoyun, drosselin tənzimləyicisini
(əgər mühərrik onunla təchiz olunmuşdursa), CƏLD vəziyyətinə keçirin
və mühərriki, onun işə düşməsinə qədər, işə salın.
Avadanlıqla iş zamanı
Mühərriki və ya avadanlığı, yanacağın axa biləcəyi bucaq altında əyməyin.
Mühərriki saxlamaq üçün səsboğanı boğmayın.
Heç vaxt, çıxarılmış hava təmizləyicisi bloku (əgər mühərrikdə beləsi vardırsa)
və ya hava süzgəci (əgər mühərrikdə beləsi vardırsa) ilə, mühərriki işə
salmayın və işlək vəziyyətdə saxlamayın.
Yağın dəyişdirilməsi zamanı
Siz yağı yuxarı yağdoldurma borusundan boşaldarkən, yanacaq çəni boş
olmalıdır, əks halda, yanacaq sıza və yanğına və ya partlayışa səbəb ola bilər.
Qurğunun texniki xidmətə hazırlanması zamanı
Qurğunun əyilməsini tələb edən texniki xidmətin yerinə yetirilməsi zamanı,
тyanacaq çəni boş olmalıdır, əks halda, yanacaq sıza və yanğına və ya
partlayışa səbəb ola bilər.
Avadanlığın nəql olunması zamanı
BOŞ yanacaq çəni iləvə yaxud yanacağın verilməsi sisteminin QAPALI
bağlayıcı klapanı ilə nəql edin.
Yanacağın və ya doldurulmuş yanacaq çəni olan avadanlığın saxlanılması
Sobalardan, odluqlardan, su qızdırıcılarından və ya nəzarət lampaları vəya
digər alışma mənbələrinə malik olan digər qurğulardan aralıda saxlayın, çünki
onlar yanacağın buxarlarını alışdıra bilər.
İşə salınma zamanı mühərrikdən qığılcım çıxır.
Qığılcımlar yaxınlıqda olan yanar qazların alışmasına gətirib çıxara bilərlər.
Partlayış və yaxud yanğın baş verə bilər.
XƏBƏRDARLIQ
Sahədə təbii qazın və ya maye neft qazının sızması vardırsa, mühərriki işə
salmayın.
Soyuq işə salınma üçün sıxılmış işə salma yanacağından istifadə etməyin, çünki
onun buxarı partlayış təhlükəlidir.
TƏHLÜKƏ - ZƏHƏRLİ QAZ. Mühərrikin çıxış qazlarının tərkibində karbon
oksid, Sizi bir neçə dəqiqə ərzində öldürə biləcək zəhərli qaz vardır. Siz onu
görə, iyini tuta və ya dadına baxa BİLMƏZSİNİZ. Hətta Siz çıxış qazlarının
iyini duymasanız da, Siz karbon oksidin təsirinə düşə bilərsiniz. Əgər bu
məhsuldan istifadə zamanı, Sizin ürəyiniz bulanmağa başlayırsa, başınız
hərlənirsə və ya zəiflik hiss edirsinizsə, onu söndürün və DƏRHAL təmiz
havaya çıxın. Həkimə müraciət edin. Sizdə, karbon oksidlə zəhərlənmə
ola bilər.
XƏBƏRDARLIQ
Karbon oksid qazının toplanması və onun yaşayış yerlərinə potensial daxil
olması riskini azaltmaq üçün, bu məhsuldan ANCAQ açıq yerdə və
pəncərələrdən uzaqda istifadə edin.
Batareykalarda işləyən karbon oksid siqnal detektorlarını və ya doldurulan
siqnal batareykalarını, ehtiyat batareyka ilə, istehsalçının göstərişlərinə müvafiq
olaraq, quraşdırın. Tüstü detektorları karbon oksidi qazını aşkar edə bilmirlər.
Bu məhsuldan, hətta Sİzin ventilyatorlarınız qoşulmuşdurlarsa və ya havanı
dəyişmək üçün qapılar və pəncərələr açıqdırlarsa da, evlərin, qarajların
daxilində, zirzəmilərdə, texniki binalarda, tövlələrdə və ya digər ventilyasiya
olunan yerlərdə, İSTİFADƏ ETMƏYİN. Karbon oksid bu cür yerlərdə tez bir
zamanda toplana və burada, hətta bu məhsulun söndürülməsindən sonra belə,
saatlarla qala bilər.
Bu məhsulu HƏMİŞƏ külək tutan yerdə yerləşdirin və çıxış borusunu yaşayış
yerlərindən kənara yönəldin.
İşə salma trosunun tez dartılması (gərilməsi) əli mühərrikin çıxışına,
Sİzin trosu buraxmağa imkan tapmağınızdan daha tez çəkəcəkdir.
Bu, sümüklərin sınmasına, onlarda çatlara, göyərmələrə və ya çıxıqlara
gətirib çıxara bilər.
XƏBƏRDARLIQ
Mühərrikin işə salınması zamanı, start trosunu astaca dirənənə qədər çəkin,
daha sonra isə onu, qaytarmadan uzaq olmaq üçün, cəld dartın.
Mühərrikdən bütün xarici avadanlığı, /onun işə salınmasına qədər, çıxarın.
Avadanlığın, hər şeydən savayı, tiyələr, işçi disklər, şkivlər, dişli çarxlar və s.
kimi, ümumi oxda oturan tərkib hissələri, öz yerlərində möhkəm bərkidilməlidirlər.
Fırlanan hissələr əllərə, ayaqlara, saçlara, paltara və ya aksessuarlara
toxuna və yaxud onları özünə çəkə bilərlər.
Bu, travmatik amputasiyaya və ya ağır açıq yaralara gətirib çıxara bilər.
XƏBƏRDARLIQ
Quraşdırılmış mühafizə detalları olan avdanlıqdan istifadə edin.
Əllətinizi və ayaqlarınızı fırlanan detallardan aralı tutun.
Saçlarınızı, əgər onlar uzundurlarsa, yığın və bəzək əşyalarını çıxarın.
Sərbəst paltar, paltarda sallanan bağlılar və ya, ümumiyyətlə, mühərrikin özünə
çəkə biləcəyi heç nə gəzdirməyin.
İşləyən mühərriklər istilik hasil edirlər. Mühərrikin hissələri, xüsusilə
səsboğan, həddən artıq qızırlar
Toxunma zamanı güclü termal yanmalara məruz qalmaq olar
Alışan zibil, məsələn, yarpaqlar, otlar, kolların hissələri və s. alışa bilərlər.
XƏBƏRDARLIQ
Səsboğana, mühərrikin silindrinə və radiatorun lövhələrinə, onlara
toxunulmazdan əvvəl, soyumaq imkanı verin.
Toplanmış zibili səsboğanın və silindrin sahəsindən yığışdırın.
Mühərrikin, Kaliforniya Ştatının İctimai ehtiyatlar haqqında Məcəlləsinin 4442
Bölməsində göstərildiyi kimi və lazımi işçi vəziyyətdə olan çıxış sistemiilətəchiz
edilmədən meşə örtüyü, kolluq olan və ya otlu ərazidə istifadə edilməsi
Kaliforniya Ştatının İctimai ehtiyatlar haqqında Məcəlləsinin 4442 Bölməsinin
pozulması deməkdir. Digər ştatlar və ya federal yurisdiksiya oxşar qanunlara
malik ola bilərlər. Bu mühərrikdə quraşdırılmış çıxış sistemi üçün layiləndirilmiş
qığılcımtutanı əldə etmək üçün, avadanlığın ilkin istehsalçısı ilə, pərakəndə
satanla və ya dilerlə əlaqəyə girin.
Qığılcımların gözlənilmədən əmələ gəlməsi yanğına və ya elektrik cərəyanı
vurmasına gətirib çıxara bilər.
Gözlənilməz işə salınma mühərrikə əl-ayağın və ya paltarın mühərrikə
sorulmasına, travmatik amputasiyaya və ya açıq yaralara gətirib çıxara
bilər.
Yanğın təhlükəsi
XƏBƏRDARLIQ
Sazlanma və ya təmir işləri yerinə yetirilənə qədər:
Alışma şamının kabelini açın və onu şamdan uzaqda saxlayın.
Batareyanın mənfi çıxışlı ucunu açın (ancaq elektrik enerjisi ilə işə salınan
mühərriklər üçün)
Ancaq müvafiq alətlərdən istifadə edin.
Mühərrikin sürətini artırmaq çəhdilə dövrlərin tənzimçisinin yayına, hissələrə
və ay digər detallara əl vurmayın.
Ehtiyat hissələri eynilə mühərrikin orijinal hissələri ilə eyni quruluşa malik olmalı
və onlarla eyni vəziyyətdə quraşdırılmalıdırlar. Digər hissələr pis işləyə, aparatı
zədələyə və yaxud operatorun yaralanmasına gətirib çıxara bilərlər.
Maxoviki çəkiclə və ya başqa bərk əşya ilə vurmayın, çünki o sonradan,
mühərrikin işləməsi zamanı, parçalana bilər.
Qığılcım üçün yoxlayan zaman:
Tester tərəfindən bəyənilmiş alışma şamından istifadə edin.
Çıxarılmış alışma şamı ilə qığılcımın alınmasını yoxlamayın.
Not for
Reproduction