Briggs & Stratton 120000 Welding Consumables User Manual


 
232 BRIGGSandSTRATTON.COM
2. Mühərrik, yanacağın verilməsinin seçimlə dayandırılması ilə: Mühərrikin
dayanmasından sonra, yanacağın verilməsini dayandırılması klapanını(D, Şəkil 9)
"baölıdır" vəziyyətinə keçirin.
Техническое обслужи
BİLDİRİŞ: Əgər texniki xidmət zamanı mühərrik əyiləcəksə, onda yanacaq çəni boş
olmalıdır və mühərrik alışma şamının olduğu tərəflə yuxarı əyilməlidir . əgər yanacaq
çəni boş olmazsa və mühərrik istənilən digər tərəfə əyilərsə, yağın və ya benzinin hava
süzgəcini /və ya alışma şamını çirkləndirməsi üzündən, sonradan onu işə salmaq çətin
ola bilər.
XƏBƏRDARLIQ: Aparatın əyilməsini tələb edən texniki xidmətin yerinə
yetirilməsi zamanı, yanacaq çəni boş olmalıdır, əks halda yanacaq axa və yanğın və
yaxud partlayıç yarada bilər.
Biz Sizə, mühərrikə və onun detallarına texniki xidmətin və digər xidmətin göstərilməsinə
dair bütün ehtiyaclarınız üçün, Briggs & Stratton-un istənilən rəsmi texniki xidmət
mərkəzi ilə əlaqə yaratmağı təklif edirik..
QEYD: Bu mühərrikin hazırlanması üçün istifadə edilmiş bütün komponentlər, onun
lazımi qaydada fəaliyyət göstərməsi üçün, öz yerində qalmalıdırlar.
ÇIxış üzərində nəzarət
Yol texnikası üçün mühərriklərin təmiri üzrə istənilən sexdə və ya istənilən
insan-mütəxəssis tərəfindən çıxış üzərində nəzarət qurğularına və sistemlərinə texniki
xidmətin, onların təmirinin yerinə yetirilməsinə və ya əvəz edilməsinə icazə verilir. Lakin,
çıxış üzərində nəzarət sisteminə pulsuz “xidmətin” göstərilməsi üçün laızmdır ki, bu iş
istehsalçı zavodun rəsmi dileri tərəfindən yerinə yetirilsin. Bax. Çıxışlar və tullantılar üzrə
zəmanət
Qığılcımların gözlənilmədən əmələ gəlməsi yanğına və ya elektrik cərəyanı
vurmasına gətirib çıxara bilər.
Gözlənilməz işə salınma mühərrikə əl-ayağın və ya paltarın mühərrikə
sorulmasına, travmatik amputasiyaya və ya açıq yaralara gətirib çıxara
bilər.
Yanğın təhlükəsi
XƏBƏRDARLIQ
Sazlanma və ya təmir işləri yerinə yetirilənə qədər:
Alışma şamının kabelini açın və onu şamdan uzaqda saxlayın.
Batareyanın mənfi çıxışlı ucunu açın (ancaq elektrik enerjisi ilə işə salınan
mühərriklər üçün)
Ancaq müvafiq alətlərdən istifadə edin.
Mühərrikin sürətini artırmaq çəhdilə dövrlərin tənzimçisinin yayına, hissələrə və
ay digər detallara əl vurmayın.
Ehtiyat hissələri eynilə mühərrikin orijinal hissələri ilə eyni quruluşa malik olmalı
və onlarla eyni vəziyyətdə quraşdırılmalıdırlar. Digər hissələr pis işləyə, aparatı
zədələyə və yaxud operatorun yaralanmasına gətirib çıxara bilərlər.
Maxoviki çəkiclə və ya başqa bərk əşya ilə vurmayın, çünki o sonradan,
mühərrikin işləməsi zamanı, parçalana bilər.
Qığılcım üçün yoxlayan zaman:
Tester tərəfindən bəyənilmiş alışma şamından istifadə edin.
Çıxarılmış alışma şamı ilə qığılcımın alınmasını yoxlamayın.
Texniki xidmət kartoçkası
Birinci 5 saatda
Yağı dəyişin
Hər 8 saatdan bir və ya gündə bir dəfə
Mühərrikdə yağın səviyyəsini yoxlayın
Səsboğanın və idarəetmə sistemlərinin ətrafındakı sahəni təmizləyin.
Barmaqlarınızın ilişməsinin qarşısını almaq üçün, reykanı təmizləyin
Hər 25 saatdan bir və ya hər il
Hava süzgəcini təmizləyin *
Xarici süzgəci təmizləyin *
Hər 50 saatdan bir və ya hər il
Mühərrikin yağını dəyişin
Səsboğanı və qığılcımsöndürəni yoxlayın
Hər il
Hava süzgəcini dəyişin
Xarici süzgəci dəyişin
Alışma şamını dəyişin
Yanacaq süzgəcini dəyişin
Hava ilə soyudulma sistemini təmizləyin *
* Tozlu şəraitdə və ya havada zibil olduqda, daha tez-tez təmizlik işləri aparın.
Karbüratorun mühərrikin sürətinin sazlanması
Heç vaxt karbüratorun və ya mühərrikin sürətini dəyişməyin. Karbürator zavodda,
şəraitlərin və vəziyyətlərin əksəriyyətində səmərəli işləmək üçün sazlanmışdır.
Mühərrikin sürətini artırmağa cəhd edərək, dövrlər tənzimləyicisinin prujininə, hissələrə
və digər detallara əl vurmayın. Əgər hər hansı bir sazlanma işi tələb olunarsa, bu cür
xidmətin alınması üçün, Briggs & Stratton-un .rəsmi texniki xidmət mərkəzi ilə əlaqə
yaradın.
BİLDİRİŞ: Avadanlığın istehsalçısı mühərrik üçün maksimal sürəti, onun avadanlığın
üzərində quraşdırıldığı zaman göstərir. Bu sürəti aşmayın. Əgər Siz avadanlığın
maksimal sürətinin və ya mühərrikin müəyyən edilmiş zavod sürətinin neçə olduğuna
əmin deyilsinizsə, onda yardım üçün Briggs & Stratton-un rəsmi texniki xidmət mərkəzinə
müraciət edin. Avadanlığın təhlükəsiz və lazımi qaydada fəaliyyət göstərməsi üçün,
mühərrikin iş sürətini ancaq texniki servis xidmətinin ixtisaslı texniki sazlamalıdır.
Səsboğanı qığılcımtutanı -
Şəkil
1
təftiş edin
İşləyən mühərriklər istilik hasil edirlər. Mühərrikin hissələri, xüsusilə
səsboğan, həddən artıq qızırlar
Toxunma zamanı güclü termal yanmalara məruz qalmaq olar
Alışan zibil, məsələn, yarpaqlar, otlar, kolların hissələri və s. alışa bilərlər.
XƏBƏRDARLIQ
Səsboğana, mühərrikin silindrinə və radiatorun lövhələrinə, onlara
toxunulmazdan əvvəl, soyumaq imkanı verin.
Toplanmış zibili səsboğanın və silindrin sahəsindən yığışdırın.
Mühərrikin, Kaliforniya Ştatının İctimai ehtiyatlar haqqında Məcəlləsinin 4442
Bölməsində göstərildiyi kimi və lazımi işçi vəziyyətdə olan çıxış sistemiilətəchiz
edilmədən meşə örtüyü, kolluq olan və ya otlu ərazidə istifadə edilməsi
Kaliforniya Ştatının İctimai ehtiyatlar haqqında Məcəlləsinin 4442 Bölməsinin
pozulması deməkdir. Digər ştatlar və ya federal yurisdiksiya oxşar qanunlara
malik ola bilərlər. Bu mühərrikdə quraşdırılmış çıxış sistemi üçün layiləndirilmiş
qığılcımtutanı əldə etmək üçün, avadanlığın ilkin istehsalçısı ilə, pərakəndə
satanla və ya dilerlə əlaqəyə girin.
Toplanmış zibili səsboğanın və silindrin sahəsindən yığışdırın. Səsboğanı (I, Şəkil 1)
çatların, korroziyanın və digər zədələrin mövcudluğu baxımından yoxlayın Qığılcımtutanı,
əgər o quraşdırılmışdırsa, çıxarın (P), və zədələnmə və ya karbonun bloka alınması
baxımından, yoxlayın. Zədələr aşkar edildikdə, işin bərpa olunmasına qədər zədələnmiş
hissələri dəyişin.
XƏBƏRDARLIQ: Ehtiyat hissələri, eynilə orijinal detallar kimi eyni
konstruksiyaya malik olmalı və onlarla eyni vəziyyətdə quraşdırılmalıdırlar. Əks halda
digər detallar lazım olan qədər yaxşı işləyə bilməz, qurğunu zədələyə və operatorun
yaralanmasına gətirib çıxara bilərlər.
Alışma şamını necə dəyişməli -
Şəkil
10
Aranı (A, Şəkil 10) məftil kalibri ilə ölçün (B). Zərurət olduqda, yenidən ara qoyun.
Alışma şamını quraşdırın və tövsiyə olunmuş dartılma anı ilə bərkidin. xıcının
quraşdırılması və ya dartılma anı üzrə verilənlərə Spesifikasiya
bölməsində baxın
.
Qeyd:
Bəzi rayonlarda yerli qanunlar, alışma siqnallarının dəf edilməsi üçün rezistorlu
alışma şamından istifadə edilməsini tələb edir. Əgər bu mühərrik əvvəlcədən rezistorlu
alışma şamı ilə təchiz edilmişdirsə, onu dəyişmək lazım olduqda, eyni tipdən olan şamla
əvəz etmək lazımdır.
Yağı necə dəyişməli -
Şəkil
1 11 12 13
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən
artıq təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Əgər Siz yağı, yağın doldurulması üçün olan yuxarı böğaz vasitəsilə
boşaldırsınızsa, onda yanacaq çəni boş olmalıdır, əks halda yanacaq axa və
yanğın və ya partlayış törədə bilər.
İstifadə edilmiş yağ təhlükəli tullantıdır və o lazımi qaydada kənar edilməlidir. Onu
məişət tullantıları ilə bir yerdə tullamayın. İşlənmiş yağın emal edilməsi üçün sexin yerini
Sizin rayonun yerli hakimiyyətindən, texniki xidmət mərkəzindən və ya dilerdən /
öyrənin.
Yağı boşaldın.
Siz yağı alt boşaltma deşiyi, yan boşaltma deşiyi və ya yağın doldurulması üçün yuxarı
boğaz vasitəsilə boşalda bilərsiniz.
1. Mühərrik artıq söndürülmüş, lakin hələ istidirsə, alışma şamının naqilini açın (A)və
onu alışma şamından kənarda tutun (Şəkil 11).
2. Mühərrik alt yağ axacağı ilə (Q, Şəkil 1) və/ yaxud yan yağ axacağı ilə təchiz
edilmişdir (R). Yağ axacağının tıxacını götürün (H). Yağı uyğun konteynerə
boşaldın.
Qeyd:
Yağ axacağının burada göstərilən tıxaclarından istənilən biri (H) mühərrikdə
quraşdırıla bilər.
3. Yağı boşaltdıqdan sonra, yağ axacağının tıxacını yerinə qoyun və bərkidin.
4. Əgər Siz yağı, yağın doldurulması üçün olan yuxarı böğaz vasitəsilə boşaldırsınızsa,
(E), mühərrikin şam yerləşdirilən tərəfini (F) yuxarı tutun (Şəkil 12). Yağı uyğun
konteynerə boşaldın.
Not for
Reproduction