Briggs & Stratton 120000 Welding Consumables User Manual


 
230 BRIGGSandSTRATTON.COM
Qurğular idarəetmə
İllüstrasiyanı müqayisə edin
1
onun müxtəlif qurğularının və idarəetmə sistemlərinin
yerləşdiyi yerlə tanış olmaq üçün, müqayisə edin.
A. Mühərrikin tipinin müəyyən edilməsi
Model Tip Kod
B. Alışma şamı
C. Mühərrikə yanacağın doldurulması üçün qurğu (seçimlə)
D. Yanacaq çəni və onun qapağı
E. Hava süzgəci
F. Əl ilə işə salınma trosu
G. Yaşölçmə şupu
H. Yağburaxma tıxacı
I. Səsboğan
Səsboğanın mühafizəsi (seçimlə)
Qığılcımsöndürən (seçimlə)
J. Drossel sipəri (seçimlə)
K. Drossel tənzimlənməsi (seçimlə)
L. Elektrik açarı (seçimlə)
M. Qapayıcı klapan (seçimlə)
N. Yanacaq süzgəci (seçimlə)
O. Barmaqların ilişməkdən qorunması üçün reyka
İ
ş
Yağ çəni üçün tutum (bax.
bölmə
Spesifikasiyada)
Yağa dair tövsiyələr
Daha yaxşı faydalı işin təmin edilməsi üçün biz, Briggs & Stratton-un texniki xidməti
zəmanəti çərçivəsində sertifikasiya olunmuş yağlardan istifadə etməyinizi tövsiyə edirik.
Bəzi tərkibində yuyucu qatışıqlar olan yüksəkkeyfiyyətli yağlar, əgər onlar SF, SG, SH,
SJ və ya daha yuxarı kateqoriyalarda istifadə edilmək üçün sertifikasiya olunmuşlarsa,
istifadə edilə bilərlər. Xüsusi qatışıqlardan istifadə etməyin.
Yağın mühərrik üçün məqbul hesab edilən üzlülüyü açıq havanın temperaturundan
asılıdır. Açıq havada gözlənilən temperatur dəyişməsi üçün üzlülüyün seçilməsi üçün
cədvəldən istifadə edin.
SAE 30
10W-30
Sintetik 5W-30
5W-30
°F °C
* 40°F (4°C) -dən aşağı temperaturda SAE 30-dən istifadə edilməsi işə salınma
zamanı problemlərə gətirib çıxara bilər.
** 80°F (27°C)-dən yuxarı temperaturda10W-30-dən istifadə edilməsi yağıdan
istifadənin artmasına gətirib çıxara bilər. Yağın səviyyəsini tez-tez yoxlayın.
Necə yoxlamalı/Yağı doldurmalı -
Şəkil
2
Yağın doldurulmasına və ya yoxlanmasına qədər
Mühərriki düz qoyun.
Yağın doldurulduğu yeri zibildən təmizləyin.
1. Yağın səviyyəsinin müəyyən edilməsi üçün şupu çıxarın (A) və onu təmiz əski ilə silin
(Şəkil 2).
2. Şupu yerinə qaytarın və yağın səviyyəsinin müəyyən edilməsi üçün bərkidin.
3. Şupu çıxarın və yağın səviyyəsini yoxlayın. O, şupdakı "dolu" göstəricisindən (B)
yuxarı olmalıdır.
4. Əgər səviyyə aşağıdırsa, dərhal mühərriki mühərrikə yağın doldurulması qıfından
yağla doldurun C). Yağı həddən artıq doldurmayın.Yağla doldurulmadan sonra, bir
dəqiqə gözləyin, daha sonra yenidən yağın səviyyəsini yoxlayın.
5. Şupu yerinə qaytarın və yağın səviyyəsinin müəyyən edilməsi üçün bərkidin.
Yağın səviyyəsinin enməsindən mühafizə sistemi
(əgər quraşdırılmışdırsa).
Bəzi mühərriklər yağın səviyyəsinin enməsi vericisi ilə təmin edilmişlər. Əgər yağın
səviyyəsi aşağıdırsa, verici ya siqnal lampasını qoşava və ya mühərriki dayandıracaqdır.
Mühərriki dayandırın və onun təkrar işə salınması üçün aşağıda verilən addımları yerinə
yetirin.
Mühərrikin düz durub-durmadığını yoxlayın.
Yağın səviyyəsini yoxlayın. Bax.
yağı necə yoxlamalı /Doldurmalı
bölməsi.
Əgər yağın səviyyəsi aşağıdırsa, onu lazımi səviyyədə doldurun. Mühərriki işə salın
və siqnal lampasının (əgər quraşdırılmışdırsa) yanmadığına əmin olun.
Əgər yağın səviyyəsi aşağı deyildirsə, mühərrikiişə salmayın. Problemi onların
köməyi ilə problemi aradan qaldırmaq üçün, Briggs & Stratton-un rəsmi texniki
xidmət mərkəzi ilə əlaqə saxlayın.
Yanacağa dair tövsiyələr
Yanacaq aşağıdakı tələblərə cavab verməlidir:
Təmiz, təzə, tərkibində civə tetraetili olmayan benzin.
Minimum 87 oktan /87 AKI (91 RON). Böyük yüksəkliklərdə işə dair aşağıda baxın.
Tərkibində 10%-ə qədər etanol (qazoxol) olan benzindən istifadə edilə bilər.
DİQQƏT: Benzinin bəyənilməmiş növlərindən, məsələn, E15-dən və E85-dən, istifadə
etməyin. Müxtəlif növ benzinləri qarışdırmayın və mühərriki, alternativ yanacaq növləri ilə
işləmək üçün, modifikasiya etməyin. Yolverilməyən yanacaq növlərindən istifadə
edilməsi mühərrikin tərkib hissələrini zədələ bilər və mühərrikin zəmanətini qüvvədən
sala bilər.
Yanacaq sistemini çöküntülərdən mühafizə etmək üçün, yanacağa yanacaq
sabitləşdiricisi əlavə edin. Bax.
Saxlanma.
Yanacağın bütün növləri eyni deyildirlər.
Mühərrikin işə salınması və işləməsi ilə problemlər meydana gəldikdə, yanacaq
təchizatçısını dəyişin və ya yanacağın markasını dəyişin. Bu mühərrik benzinlə işləmək
üçün sertifikasiya olunmuşdur. Bu mühərrikin işlənmiş qazların çıxmasına nəzarət
sistemi MM-nin (Mühərrikin modifikasiyasının) bir hissəsidir.
Böyük yüksəklik
500 futdan (1524 metrdən) artıq olan yüksəklikdə oktan ədədi/ 85 AKI (89 RON)
minimum 85 olan benzindən istifadə edilə bilər. ТÇıxış qazları üzrə məhdudiyyətlərin
gözlənilməsi üçün, mühərrikin böyük yüksəklikdə işləməsini sazlamaq lazımdır.
Sazlanmadan aparılan iş aşağı faydalı işə, yanacağın artan istifadəsinə və çıxan qazların
artan səviyyəsinə gətirib çıxaracaqdır. Mühərrikin böyük yüksəkliklərdə işləmək üçün
sazlanması haqqında məlumatı Briggs & Stratton-un rəsmi texniki xidmət mərkəzində
axtarın.
Mühərrikin, böyük yüksəkliklərdə iş üçün sazlanmış şəkildə, 2500 futdan (762 metrdən)
aşağı olan yüksəkliklərdə işləməsi tövsiyə edilməmişdir.
Mühərriki yanacaqla necə doldurmalı -
Şəkil
3
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən
artıq təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Mühərriki yanacaqla dolduraraq
Mühərriki söndürün və, yanacaq çəninin qapağını açana qədər, ona ən azı 2
dəqiqə soyumaq imkanı verin.
Yanacaq çənini açıq havada və ya yaxşı ventilyasiya edilən yerdə doldurun.
Yanacaq çənini yenidən doldurmayın. Yanacağın genişlənməsi üçün yer
qoymaq məqsədi ilə, yanacağı çənin boğazının aşağı hissəsindən yuxarı
doldurmayın.
Yanacağı qığılcımlardan, açıq alovdan, alışma odluğundan və digər alışma
mənbələrindən qoruyun.
Yanacaq borularını, çəni, çənin qapağını və bərkitmə vasitələrini, çatların və ya
sızmaların mövcud olması baxımından, tez-tez yoxlayın. Zərurət olduqda,
zədələnmiş detalları dəyişin.
Yanacağın yerə tökülməsi zamanı, mühərriki işə salmaqdan qabaq, onun
buxarlanmasını gözləyin.
1. Yanacaq çəninin qapağının ətrafındakı sahəni çirkdən və zibildən təmizləyin.
Yanacaq çəninin qapağını çıxarın (A, Figure 3).
2. Yanacaq çənini yanacaqla (B) doldurun. Yanacağın genişlənməsi üçün yer qoymaq
məqsədi ilə, yanacağı çənin boğazının aşağı hissəsindən yuxarı doldurmayın (C).
3. Yanacaq çəninin qapağını yerinə bağlayın.
Mühərriki necə işə salmalı.
İşə salma trosunun tez dartılması (gərilməsi) əli mühərrikin çıxışına, Sİzin
trosu buraxmağa imkan tapmağınızdan daha tez çəkəcəkdir.
Bu, sümüklərin sınmasına, onlarda çatlara, göyərmələrə və ya çıxıqlara
gətirib çıxara bilər.
XƏBƏRDARLIQ
Mühərrikin işə salınması zamanı, start trosunu astaca dirənənə qədər çəkin,
daha sonra isə onu, qaytarmadan uzaq olmaq üçün, cəld dartın.
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən
artıq təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Mühərrikin işə salınması zamanı
Yoxlayın, şam, səsboğan, yanacaq çəninin qapağı və hava süzgəci (əgər
mühərrik beləsi ilə təmin edilmişdirsə) öz yerlərindədirlərmi və bərkidilmişlərmi.
Çıxarılmış şamla mühərriki işə salmayın.
Əgər mühərrik, həddən ziyadə hava-yanacaq qatışığının olması üzündən, işə
düşmürsə, drossel qapağını (əgər mühərrik onunla təchiz olunmuşdursa)
AÇIQDIR/ QOŞULUDUR vəziyyətinə qoyun, drosselin tənzimləyicisini (əgər
mühərrik onunla təchiz olunmuşdursa), CƏLD vəziyyətinə keçirin və mühərriki,
onun işə düşməsinə qədər, işə salın.
Not for
Reproduction