Briggs & Stratton 120000 Welding Consumables User Manual


 
233
az
XƏBƏRDARLIQ: Əgər Siz yağı, yağın doldurulması üçün olan yuxarı
böğaz vasitəsilə boşaldırsınızsa, yanacaq çəni boş olmalıdır, yoxsa yanacaq dağılar
və yanğına və ya partlayışa gətirib çıxara bilər. Yanaacq çənini boşaltmaq üçün,
mühərriki, yanacaq çatışmazlığından dayanana qədər, işçi vəziyyətdə saxlayın.
Yağ əlavə edin
Mühərriki düz qoyun.
Yağın doldurulduğu yeri zibildən təmizləyin.
Yağ çəninin tutumuna Spesifikasiya
bölməsində baxın
.
1. Yağ şupunu çıxardın (G) və onu təmiz əski ilə silin (Şəkil 13).
2. Yağı astaca mühərrikin boğazına tökün (H). Tutumu daşırmayın. Yağı əlavə edin, bir
dəqiqə gözləyin, daha sonra yağın səviyyəsini yoxlayın.
3. Yağ şupunu yerləşdirin və bərkidin.
4. Yağ şupunu götürün və yağın səviyyəsini yoxlayın. O, yağ şupundakı "doludur" (J)
indikatorundan üstdə olmalıdır.
5. Yağ şupunu yerləşdirin və bərkidin.
Hava Süzgəcinə necə xidmət etmək olar -
Şəkil
15 16
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən
artıq təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Heç vaxt, çıxarılmış hava təmizləyicisi bloku (əgər mühərrikdə beləsi vardırsa)
və ya hava süzgəci (əgər mühərrikdə beləsi vardırsa) ilə, mühərriki işə
salmayın və işlək vəziyyətdə saxlamayın.
BİLDİRİŞ: Süzgəcin təmizlənməsi üçün sıxılmış havadan və ya həlledicilərdən istifadə
etməyin. Sıxılmış hava süzgəci zədələyə bilər, həlledicilər isə süzgəci həll edə bilərlər.
Burada havanın szülməsi sisteminin iki tipi göstərilmişdir: Standart Gücləndirilmiş.
Sizin mühərrikinizdə quraşdırılmış tipi müəyyən edin və ona xidmət göstərilməsini
aşağıdakı qaydada təşkil edin.
Standart Hava Süzgəci -
Şəkil
15
Hava təmizləmə sistemi, sonradan yuyula və yenidən istifadə edilə bilən süzücü
elementdən istifadə edir.
1. Detalı boşaltmaq üçün, (A) rəzəni çəkin. Örtüyü açın (B). Bax Şəkil 15.
2. Süzücü elementi kənar edin (C).
3. Xarici təmizləyicini maye detergentlə və su ilə yuyun. Süzücü elementi təmiz əskidə
sıxın
4. Süzücü elementi təmiz mühərrik yağı ilə hopdurun. Mühərrikin yağının artıqlarını
kənar edin, süzücü elementi təmiz əskidə sıxın.
5. Süzücü elementi hava süzgəcinin bünövrəsində yerləşdirin.
6. Örtüyü örtün və rəzəni bağlayın.
Gücləndirilmiş Hava süzgəci -
Şəkil
16
Hava təmizləmə sistemi seçim üzrə quraşdırılmış xarici təmizləyicisi olan qatlı
süzgəcdən istifadə edir. Xarici təmizləyicini yumaq və yenidən istifadə etmək olar.
1. Örtüyü saxlayan (A) bərkidicini boşaldın (B, Şəkil 16).
2. Örtüyü açın və xarici təmizləyicini (C) və süzgəci (D) çıxarın.
3. Zibili azad etmək və aradan götürmək üçün, ehtiyatla süzgəci bərk səthə döyəcləyin.
Əgər süzgəc həddən artıq çirklənmişdirsə, onu yenisi ilə əvəz edin.
4. Xarici təmizləyicini maye detergentlə və su ilə yuyun. Tam qurumaq üçün havada
saxlayın. Xarici təmizləyicini yağda islatmayın.
5. Quru xarici süzgəci hava süzgəcinə elə bərkidin ki, xarici təmizləyicinin qırağı (E)
süzgəcin qatlarının aşağı hissəsinə yerləşsin.
6. Süzgəci quraşdırın.
7. Örtüyün dilciklərini (F) yuvalarda (G) yerləşdirin.
8. Örtüyü örtün və bərkitdicini bağlayın.
Yanacaq süzgəcini necə dəyişməli -
Şəkil
6
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən
artıq təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Yanacağı qığılcımlardan, açıq alovdan, alışma odluğundan və digər alışma
mənbələrindən qoruyun.
Yanacaq borularını, çəni, qapağı və birləşdirici detalları, onlarda çatlarınvəya
sızmaların mövcud olması baxımından, tez-tez yoxlayın. Onlardan,
dəyişdirilməsi zəruri olanlarını dəyişin.
Yanacaq süzgəcini dəyişənə qədər, əgər o quraşdırılmışdırsa, yanacaq
çənindən bütün yanacağı boşaldın və ya yanacaq üçün ayırıcı klapanı bağlayın.
Ehtiyat hissələri, eynilə orijinal detallar kimi olmalı və onların quraşdırıldığı
vəziyyətdə quraşdırılmalıdırlar.
Yanacağın yerə tökülməsi zamanı, mühərriki işə salmaqdan qabaq, onun
buxarlanmasını gözləyin.
1. Yanacaq süzgəcini dəyişənə qədər (A, Şəkil 6), əgər o quraşdırılmışdırsa, yanacaq
çənindən bütün yanacağı boşaldın və ya yanacaq üçün ayırıcı klapanı bağlayın.
Əks halda, yanacaq axa bilər və yanğına və ya partlayışa səbəb ola bilər.
2. Sıxaclardakı dilcikləri (B) kəlbətinin köməyilə sıxın (C), daha sonra dilcikləri yanacaq
süzgəcindən kənara çıxarın. Yanacaq borularını çevirin və sıxın (D)vəonları
yanacaq süzgəcindən ayırın.
3. Yanacaq borularını çatların və ya sızmaların mövcudluğu baxımından yoxlayın.
Zərurət olduqda, dəyişdirin.
4. Yanacaq süzgəcini bu avadanlıq üçün orijinal dəyişilən süzgəclə əvəz edin.
5. Yanacaq borularını sıxaclarla, göstərildiyi kimi, bərkidin.
Hava ilə Soyutma Sistemini necə təmizləməli -
Şəkil
14
İşləyən mühərriklər istilik hasil edirlər. Mühərrikin hissələri, xüsusilə
səsboğan, həddən artıq qızırlar
Toxunma zamanı güclü termal yanmalara məruz qalmaq olar
Alışan zibil, məsələn, yarpaqlar, otlar, kolların hissələri və s. alışa bilərlər.
XƏBƏRDARLIQ
Səsboğana, mühərrikin silindrinə və radiatorun lövhələrinə, onlara
toxunulmazdan əvvəl, soyumaq imkanı verin.
Toplanmış zibili səsboğanın və silindrin sahəsindən yığışdırın.
BİLDİRİŞ: Mühərrikin yuyulması üçün sudan istifadə etməyin. Su yanacaq sistemini
çirkləndirə bilər. Mühərrikin təmizlənməsi üçün fırçadan və yaxud quru əskilərdən
istifadə edin.
Bu - hava ilə soyudulan mühərrikdir. Çirk və ya zibil hava axınını məhdudlaşdıra
mühərrikin həddən artıq qızmasına səbəb ola bilər ki, bu da, öz növbəsində, onun işinin
keyfiyyətini pisləşdirəcək və mühərrikin xidmət müddətini qısaldacaqdır.
Fırçanın və ya quru əskilərin köməyilə, barmaqlar üçün qoruyucudan zibili götürün (A).
Ötürücü mexanizmi, yayları və nəzarət sistemlərini (B) təmiz saxlayın. Səsboğucunun
ətrafında və arxasında (C) alışan zibilin toplanmasına yol verməyin (Şəkil 14).
Saxlanılma
XƏBƏRDARLIQ
Yanacaq və onun buxarları yanğına qarşı və partlayış baxımından həddən
artıq təhlükəlidirlər.
Yanğın və ya partlayış ciddi yanıqlar meydana gətirə bilər və ya ölümlə
nəticələnə bilər.
Yanacağın və ya doldurulmuş yanacaq çəni olan avadanlığın saxlanılması
Sobalardan, odluqlardan, su qızdırıcılarından və ya nəzarət lampaları vəya
digər alışma mənbələrinə malik olan digər qurğulardan aralıda saxlayın, çünki
onlar yanacağın buxarlarını alışdıra bilər.
Yanacaq sistemi
Yanacaq, 30 gündən artıq saxlanıldıqda, keyfiyyətini itirə bilər. Keyfiyyətini itirmiş
yanacaq, yanacaq sisteminin daxilində və ya karbüratorun ən mühüm hissələrində
turşulu və qətranlı çöküntülər meydana gətirir. Yanacağı təzə saxlamaq üçün, Briggs &
Stratton-dan, Briggs & Stratton istehsalı olan orijinal ehtiyat hissələrin satıldığı hər yerdə
əldə edilməsi mümkün olan, təkmilləşdirilmiş düsturlu Yanacağın emal edilməsi və
asbitləşdiricisi agentindən istifadə edin.
FRESH START
yanacaq qapaqları ilə təchiz edilmiş mühərriklər üçün, kondensasiya
damcı kartrijlərində əlverişli olanBriggs & Stratton FRESH START® -dən istifadə edin.
Əgər ona, təlimatlara əsasən, yanacaq sabitləşdiricisi əlavə edilirsə, mühərrikdən
benzinin boşaldılmasına ehtiyac yoxdur. Mühərriki saxlanılmaq üçün kənara qoymazdan
əvvəl, sabitləşdiricinin bütün yanacaq sistemində dövr etməsi üçün, mühərriki 2
dəqiqəliyə işə salın.
Əgər mühərrikdəki benzin yanacaq sabitləşdiricisi ilə qarışdırılmamışdırsa, onu müvafiq
konteynerə boşaltmaq lazımdır. Mühərriki işə salın və onu, yanacaq çatışmazlığından
dayanana qədər, işçi vəziyyətdə saxlayın. Yanacağın təzə qalması üçün, saxlanma
çənində yanacaq sabitləşdiricisinin istifadə edilməsi.
Mühərrik yağı
Nə qədər ki, mühərrik istidir, mühərikin yağını dəyişin.
BİLDİRİŞ: Mühərriki taraz vəziyyətdə (normal işçi vəziyyətdə) saxlayın. Əgər mühərrik
maili vəziyyətdə saxlanılacaqdırsa, onda yanacaq çəni boş olmalı və alışma şamı olan
tərəfi ilə yuxarıya baxmalıdır. Əgər yanacaq çəni boş deyildirsə və mühərrik hər hansı bir
tərəfə əyilmişdirsə, sonradan onu uşə salmaq çətin olacaqdır, çünki yağ və ya benzin
hava süzgəcini /və ya alışma şamını çirkləndirəcəkdir.
Problemlərin həlli
Yardıma ehtiyacınız var? BRIGGSandSTRATTON.COM veb-saytına girin və ya
1-800-233-3723 nömrəsinə, ABŞ-da zəng vurun.
Not for
Reproduction