235
az
BRIGGS & STRATTON-dən MÜHƏRRİK ÜZRƏ ZƏMANƏT POLİSİ
aprel, 2013-cü il
Briggs & Stratton zəmanət verir ki o, aşağıda göstərilmiş zəmanət dövrü ərzində, material üzrə və ya hazırlanmada, və ya hər iki halda qüsurlu olduğu aşkar edilmiş istənilən
detalı pulsuz təmir edəcək və ya əvəz edəcəkdir. Bu zəmanət çərçivəsində təmir olunmaq və ya əvəz edilmək üçün təqdim edilən məhsula çəkilən nəqliyyat xərcləri alıcı
tərəfindən ödəniləcəklər. Bu zəmanət, aşağıda göstərilən müddətlərdən və şərtlərdən asılı olaraq, qüvvəyə malikdir. Zəmanət xidmətinin əldə edilməsi üçün,
BRIGGSandSTRATTON.COM saytında bizim dilerin xəritəsində ən yaxında yerləşən Avtorizə olunmuş xidmət mərkəzini tapın Alıcı Avtorizə olunmuş xidmət mərkəzi ilə əlaqə
yaratmalı, daha sonra məhsulu, təftiş edilmək və sınaq olunmaq üçün, avtorizə olunmuş xidmət mərkəzinə təqdim etməlidir.
Bundan əlavə, heç bir aşkar zəmanət verilmir. Təkrar satış imkanı və konkret məqsədə yararlılıq imkanı da daxil olmaqla, dolayı zəmanətlər satın alınmadan keçən bir illə
və ya qanunla müəyyən edildiyi qədər, məhdudlaşırlar. Bütün digər dolayı zəmanətlər istisna edilirlər. Təsadüfi və ya sonradan dəyən zərər, bunun qanunla yol verildiyi qədər,
istisna olunur. Bəzi ştatlarda və ya ölkələrdə dolayı zəmanətin qüvvədə olma müddətinin məhdudlaşdırılmasına icazə verilmir, bəzi ştatlarda və ölkələrdə isə təsadüfi və ya
sonradan zədələnmələr üçün məsuliyyətdən imtina edilməsinə və ya onun məhdudlaşdırılmasına icazə verilmir, buna görə də, yuxarıda göstərilən məhdudiyyətlər və istisnalar
Sizə aid olmaya bilərlər. Bu zəmanət Sizə konkret hüquqi səlahiyyətlər verir və Sİz həmçinin, ştatdan ştata və ölkədən ölkəyə fərqlənən digər hüquqlara malik ola bilərsiniz. **.
MƏHDUDLAŞDIRILMIŞ ZƏMANƏT
STANDART ZƏMANƏT ŞƏRTLƏRİ *
Y
Brend /Məhsulun növü İstehlakçı tərəfindən tətbiq olunma Kommersiya istifadəsi
Vanguardt
J
3il 3il
Kommersiya fəaliyyətinin zonal əhatəsi seriyasıt 2il 2il
Kommersiya fəaliyyətinin zonal əhatəsi seriyasıt; I/C
®
; Intekt I/C
®
; Intekt Pro; t
"Peşəkar" seriyat gücləndirilmiş çuqun mufta ilət "Dura-Bore" tipli;
Seriya 850t gücləndirilmiş çuqun mufta ilət "Dura-Bore" tipli;
Qar üçün MAKS seriyasıt gücləndirilmiş çuqun mufta ilət "Dura-Bore" tipli;
Briggs & Stratton istehsalı olan bütün digər mühərriklər, gücləndirilmiş çuqun mufta
ilət "Dura-Bore" tipli;
2il 1il
Briggs & Stratton istehsalı olan bütün digər mühərriklər 2il 90 gün
* Bu bizim standart zəmanət müddətlərimizdir, lakin hərdən, hazırkının dərc edilməsi zamanı hələ müəyyən edilməmiş, əlavə zəmanət təminatı təqdim edilə bilər.
Mühərrikiniz üçün cari zəmanət müddətlərinin siyahısını nəzərdən keçirmək üçün, BRIGGSandSTRATTON.COM veb-saytına daxil olun və yaxud yerli rəsmi
Briggs & Stratton xidmət mərkəzi ilə əlaqə yaradın.
** Avstraliyada - bizim mallarımız, istehlakçılar haqqında Avstraliya qanunu çərçivəsində istisna olunması mümkün olmayan zəmanətlərlə çatdırılırlar. Sİz, iri sıradan çıxma
halında dəyişdirilmə və ya pulların qaytarılması hüququna və ağlabatan dərəcədə qabaqcadan görülə bilən istənilən itkilər və ya zədə üçün əvəzin verilməsi hüququna
maliksiniz. Siz həmçinin, malın, əgər onun məqbul keyfiyyətə malik olmadığı aşkar olarsa, onun sıradan çıxması isə iri olmazsa, təmir edilməsi və ya dəyişdirilməsi
hüququna maliksiniz. Zəmanətli təmir üçün, BRIGGSandSTRATTON.COM veb-saytında mərkəzlərin yerləşdirilməsi xəritəsində ən yaxın rəsmi xidmət mərkəzini tapın
və ya 1300 274 447 nömrəsinə zəng vurun və ya aşağıdakı ünvana adi məktubla müraciət edin: salesenquiries@briggsandstratton.com.au, Briggs & Stratton Australia
Pty Ltd, 1 Moorebank Avenue, Moorebank, NSW , Australia, 2170.
Y
Ehtiyat ev generatorlarına münasibətdə: ancaq 2 illik istehlak zəmanəti Kommersiya zəmanəti təqdim olunmur. Bu zəmanət, müvafiq kommunal xidmətin əvəzində əsas
elektrik enerjisi ilə qidalanma mənbəyi kimi istifadə olunan avadanlığın tərkibində olan mühərriklərə aid edilmir. Yarışlar üçün və ya kommersiya məqsədləri ilə istifadə
olunan və ya icarəyə verilən yük maşınlarına zəmanət xidməti şamil edilmir.
J
Ehtiyat generatorlarda quraşdırılmış Vanguard mühərrikləri: 2-illik istehlak zəmanəti, zəmanət xidməti ilə kommersiya məqsədi ilə istifadə olunma nəzərdə tutulmur.
Texnoloji nəqliyyatda quraşdırılmış Vanguard mühərrikləri: 2-illik istehlak zəmanəti, zəmanət xidməti ilə 2-illik kommersiya məqsədi ilə istifadə Maye ilə soyudulan
3-silindrli Vanguard mühərriki: bax. Maye ilə soyudulan 3-silindrli Vanguard mühərrikləri üzrə Briggs & Stratton zəmanət polisi.
Zəmanət müddəti ilk pərakəndə müştəri və ya son kommersiya istifadəçisi tərəfindən satın alınmanın tarixindən başlayır və aşağıdakı cədvəldə göstərildiyi qədər davam edir.
“İstehlakçı istifadəsi” dedikdə, pərakəndə müştəri tərəfindən öz yaşayış yerində şəxsi məqsədlərlə istifadə edilməsi nəzərdə tutulur. “Kommersiya istifadəsi” dedikdə, kommersiya
məqsədləri üçün, gəlirin əldə edilməsi və icarəyə verilmə üçün istifadə edilmə də daxil olaraq, bütün yerdə qalan tətbiq edilmə halları nəzərdə tutulur. Mühərrikin elə ilk kommersiya
məqsədli istifadəsindən sonra, o, bu zəmanət çərçivəsində, kommersiya istifadəsi üçün mühərrik hesab edilir.
Briggs & Stratton istehsalı olan məhsullar üzrə zəmanətin əldə edilməsi üçün qeydiyyat tələb olunmur. Sizin satın aldığınızı təsdiq edən çeki tullamayın. Əgər Siz, zəmanət xidməti
tələb edərkən, satın alınmanın ilkin tarixinə sübut təqdim etməsəniz, onda zəmanət müddətinin müəyyən edilməsi üçün məhsulun hazırlanması tarixindən istifadə olunacaqdır.
Sizin zəmanətiniz haqqında
Briggs & Stratton zəmanət təmirini yerinə yetirmək imkanına şaddır və Sizin üçün
yaranan narahatlıq üçün üzrxahlıq edir. İstənilən rəsmi xidmət mərkəzi zəmanət təmirinin
bütün növlərini yerinə yetirə bilir. Zəmanət təmirinin əksər növləri artıq nizamlanmış
qaydada yerinə yetirilir, lakin xidmətin göstərilməsi üçün bəzi müraciətlər qeyri-mümkün
ola bilərlər. Müştəri ilə diler arasında istənilən anlaşılmazlıqdan uzaq olmaq üçün,
aşağıda mühərrikin zədələnməsinin, zəmanət xidmətinə daxil edilməmiş bəzi
səbəblərinin siyahısı verilir.
Adi aşınma: Bütün mexaniki qurğular kimi, mühərriklər də, yaxşı işləmək üçün, ehtiyat
hissələrinə dövri olaraq xidmət göstərilməsinə və onların dəyişdirilməsinə ehtiyac
duyurlar. Zəmanət, ehtiyat hissənin və ya mühərrikin, onların xidmət müddəti başa
çatdıqdan sonra, adi və normal qaydada istifadə edilməsi zamanı, təmirini əhatə
etməyəcəkdir. Mühərrikin zədələnməsi ondan qeyri-düzgün istifadə edilməsi, kifayət
etməyən müntəzəm texniki xidmətin göstərilməməsi, düzgün çatdırılmaması, idarə
edilməsi, saxlanılması və ya qeyri-düzgün quraşdırılması nəticəsində meydana
çıxmışdırsa, ona zəmanət tətbiq edilə bilməz. Eyni ilə, əgər mühərrikin seriya nömrəsi
çıxarılmışdirsa və ya mühərrikin konstruksiyasında dəyişikliklər və ya modifikasiyalar
yerinə yetirilmişdirsə, zəmanət qüvvəsini itirir.
Qeyri-düzgün texniki xidmət: Mühərrikin xidmət müddəti onun iş şəraitindən və ona necə
xidmət göstərilməsindən asılıdır. Bəzi qurğular, məsələn, dibdolduranlar, sorucular və
rotasyon otbiçənlər, bir çox hallarda tozle və çirkli şəraitdə istifadə olunurlar, bu isə
vaxtından əvvəl aşınma kimi təqdim olunan halı meydana gətirə bilər. Bu cüraşınma,
əgər o çirk, toz, alışma şamlarının təmizlənməsi üçün qırma və ya qüyri-düzgün texniki
xidmət nəticəsində mühərrikə düşən digər abraziv material tərəfindən meydana
gətirilmişdirsə, zəmanətin təsiri altına düşmür.
Bu zəmanət mühərriklə bağlı olan material qüsurlarını və/və ya hazırlanma qüsurlarını
əhatə edir və ancaq
, və mühərrikin quraşdıra biləcəyi avadanlığın dəyişdirilməsini və ya
onun dəyərinin əvəzinin verilməsini nəzərdə tutmur. Eyni ilə, zəmanət, aşağıdakı
səbəblərdən tələb olunan təmirləri əhatə etmir:
1 Briggs & Stratton-nun orijinal məmulatları olmayan ehtiyat hissələrdən istifadə
edilməsindən irəli gələn problemlər.
2 Mühərrikin qeyri-qənaətbəxş işləməsinə gətirib çıxaran və ya mühərrikin xidmət
müddətini azaldan avadanlığın idarə edilməsi sistemləri və ya qurğuları.
(Avadanlığın istehsalçısı ilə əlaqə yaradın)
3 Sızan karbüratorların, tutulmuş yanacaq borularının, ilişmiş klapanların və ya
çirklənmiş və ya köhnə yanacaqdan istifadə edilməsindən irəli gələn digər zərər.
4 Mühərrikin sürtkü yağı ilə kifayət səviyyədə yağlanmaması və ya çirklənmiş və ya
uyğun gəlməyən markalı sürtkü yağı ilə yağlanması səbəbindən çızılmış və ya
qırılmış hissələr (yağı yoxlayın və zərurət olduqda yağ tökün və yağı, tövsiyyə
olunmuş intervallarla, dəyişin). Yağayırıcıdan işləyən mühərrikin dayandırılması
üçün istifadə etmək olmaz. Yağın lazımi səviyyəsi gözlənilməzsə, mühərrik
zədələnə bilər.
5 Briggs & Stratton şirkəti tərəfindən istehsal olunmamış əlaqəli hissələrin və
ya birləşmələrin, məsələn, muftaların, transmissiyaların, məsafədən idarəetmə
sistemlərinin və s.-nin təmiri və ya sazlanması.
6 Hava süzgəcinə düzgün xidmət göstərilməməsi, onun təkrar yığılması və ya hava
süzgəcinin orijinal olomayan elementlərindən və ya kartriclərindən istifadə edilməsi
nəticəsində mühərrikə düşən çirkin təsiri altında hissələrin zədələnməsi və ya
aşılanması. İstifadəçinin rəhbər göstərişlərində göstərildiyi kimi, süzgəci göstərilən
intervallarda təmizləyin və/və ya dəyişin.
7 Radiatorun təbəqələrini və ya nazimçarxın şöbəsini zibilləyən və ya tutan otun,
zibilin və ya çirkin səbəbindən üzə çıxan mühərrikin pozulması və ya onun həddən
artıq qızması nəticəsində zədələnmiş detallar və ya mühərrikin məhdud məkanda,
kifayət dərəcədə ventilyasiya olmadan, istifadə edilməsi səbəbindən meydana çıxan
zədə. İstifadəçinin rəhbər göstərişlərində göstərildiyi kimi, tövsiyə olunmuş
intervallarla mühərriki təmizləyin.
8 Mühərrikin bərkidilməsinin boşalmasından, laxlamış bışaq tiyəsindən, balansı
pozulmuş ülgüclərdən və ya möhkəm bərkidilməmiş və ya balanslaşdırılmamış
sorucu təkərlərindən, avadanlığın mühərrikin valına qeyri-düzgün bərkidilməsindən,
mühərrikin gücdən düşməsindən və ya onun düzgün istifadə edilməməsindən irəli
gələn, həddən artıq vibrasiyadan sınan mühərrik və ya avadanlığın tərkib hissələri.
9 Rotorlu otbiçənin bərk əşyaya zərblə dəyməsindən və ya pazşəkilli kəmərin həddən
artıq dartılması nəticəsində əyilmiş və ya sınmış dirsəkli val.
10 Mühərrikin cari sazlanması və ya tənzimlənməsi.
11 Alternativ yanacağın, məsələn, maye neft qazının, təbii qazın, tərkibində 10%-dən
yuxarı etanol olan benzinin və s.-nin istifadə edilməsindən meydana çıxan,
mühərrikin və ya onun tərkib hissəsinin, məsələn, yanma kamerasının, klapanların,
klapan yuvalarının, klapan yönəldicilərinin işində dayanmalar və yaxud işə salma
mühərrikinin yanmış sarğısı.
Zəmanətli xidmət ancaq Briggs & Stratton şirkətinin rəsmi texniki xidmət mərkəzlərinin
vasitəsi ilə mümkündür. BRIGGSandSTRATTON.COM veb-saytında Sizin rayonun
xəritəsində və yaxud 1-800-233-3723 (ABŞ-da) nömrəsinə zəng vurmaqla, Sizə daha
yaxın yerləşən texniki xidmət mərkəzini tapın.
Not for
Reproduction